Mart 27, 2021 14:00 Asia/Baku
  • Yaponiya olimpiya müsafirlərinin sayını azaltmağa çalışır

Yaponiya 2021-ci il Tokio yay olimpiya oyunlarının rəsmi müsafirlərinin sayını azaltmaq məsələsini araşdırmaqdadır.

SəhərAzəri xəbər verir ki, «Japon Tayms»ın məlumatına görə, Yaponiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə builki yay olimpiya oyunları müsafirlərinin sayını azaltmaq məsələsini araşdırmaqdadır.

Yay olimpiya oyunlarının keçirilməsi üçün otuz min nəfərdən ibarət xarici komandaların üzvləri, məşqçilər və idmançıların da daxil olduqları təqribən doxsan min nəfərin Yaponiyaya gələcəyi gözlənilir. Amma yerli hökumət yarışlarla birbaşa şəkildə əlaqələri olmayan müsafirlərin sayını yarıyadək azaltmaq istəyir.

Yaponiya hökuməti xarici tamaşaçıların olimpiya və paralimpiya oyunlarında iştiraklarını qadağan edib. Bununla belə, hökumət bu oyunların keçirilməsi haqda ümumi dərkə nail olmaq üçün digər ciddi addımlar atmaq qərarına gəlib.

Koronavirus pandemiyasına görə, 2020-ci il Tokio olimpiya oyunlarının birillik təxiri ilə bu yarışlar cari il iyulun 23-dən avqustun 8-dək, paralimpiya oyunları isə avqustun 24-dən sentyabrın beşinədək keçiriləcək.

Teqlər