Tramp yaxın həftələrdə ABŞ-ın Meksika ilə sərhədini ziyarət etməyi planlaşdırır
https://azeri.sahartv.ir/news/dünya-i374970-tramp_yaxın_həftələrdə_abŞ_ın_meksika_ilə_sərhədini_ziyarət_etməyi_planlaşdırır
ABŞ-ın keçmiş prezidenti Donald Tramp həftələrdə dövlət başçısı olan dövrdə sədd çəkdirdiyi ABŞ- Meksika sərhədini ziyarət etməyi planlaşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2021 04:55 Asia/Baku
  • Tramp yaxın həftələrdə ABŞ-ın Meksika ilə sərhədini ziyarət etməyi planlaşdırır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp həftələrdə dövlət başçısı olan dövrdə sədd çəkdirdiyi ABŞ- Meksika sərhədini ziyarət etməyi planlaşdırır.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki bu barədə Tramp “Fox News”a açıqlamasında deyib.  

O bildirib ki, səfərdə məqsəd sərhəddə xidmət aparan sərhədçilər, immiqrasiya və gömrük polisinə dəstək olmaqdı. 

Keçmiş Prezident əlavə edib ki, sadaladığı qurumların əməkdaşlarının liderə ehtiyacı var: “Səfər yaxın bir neçə həftə ərzində baş tuta bilər. Biz burda danışırıq, hazırda minlərlə insan Meksikadan bibaşa ABŞ-a gəlir. Bu, ölkəmizi məhv edəcək”. 

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası son vaxtlar Meksikadan ABŞ-a qanunsuz yolla girməyə çalışan insan axınının artması fonunda ciddi şəkildə tənqid olunur.