ABŞ Çin və Rusiya ilə mübarizə aparmaq üçün gizli hərbi təlimlər keçirəcək
https://azeri.sahartv.ir/news/dünya-i374981-abŞ_Çin_və_rusiya_ilə_mübarizə_aparmaq_üçün_gizli_hərbi_təlimlər_keçirəcək
ABŞ ordusu Çin və Rusiya tərəfindən ehtimal olunan hər hansı təhdidlə mübarizə məqsədilə son dərəcə gizli hərbi təlimlər keçirməyi planlaşdırır.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 28, 2021 09:27 Asia/Baku
  • ABŞ Çin və Rusiya ilə mübarizə aparmaq üçün gizli hərbi təlimlər keçirəcək

ABŞ ordusu Çin və Rusiya tərəfindən ehtimal olunan hər hansı təhdidlə mübarizə məqsədilə son dərəcə gizli hərbi təlimlər keçirməyi planlaşdırır.

SəhərAzəri xəbər verir ki, CNN telekanalının Amerikanın məlumatlı müdafiə mənbələrinə istinadla verdiyi məlumata görə, bu ölkə ordusu qarşıdan gələn yay fəslində Çin və Rusiya tərəfindən ehtimal olunan hər hansı təhdidlə mübarizə məqsədilə son dərəcə gizli hərbi təlimlər keçirmək niyyətindədir.

Belə bir halda, Vaşinqtonun dünyanın əksər nöqtələrindəki hərbi hərəkətləri davam etməkdədir.

ABŞ-ın bir neçə müdafiə rəsmisinin iddiasına görə, bu məxfi təlim-məşqlər əsasən Rusiya və Çinin gözlənilməz və təcavüzkar hərəkətlərinə cavab vermək tərzi üzərində təmərküzləşəcək.

Məlumatda həmçinin deyilir ki, hərbi təlimlərin keçirilməsi üzrə rəhbərlik Amerika silahlı qüvvələrinin baş qərargah rəisi Mark Milinin üzərinə düşür və bu ölkənin müdafiə naziri Levid Astin həmin hərbi təlimlərə yaxından nəzarət edəcək.