Mart 28, 2021 14:43 Asia/Baku
  • Gəminin Süveyş kanalından çıxarılması cəhdi uğursuzluqla nəticələnib

Süveyş kanalında saya oturaraq tıxac yaradan yük gəmisinin çıxarılması cəhdi uğrusuzluqla nəticələnib.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bunu kanalın adminstrasiyasının başçısı Üsami Rabea “RİA Novosti”yə bildirib.

Onun sözlərinə görə, ötən gecə gəmini qoşqu vasitəsi ilə batdığı yerdən çıxarmağa cəhd edilib:

“Bu gün (martın 28-də- red.) yenidən cəhd ediləcək”.

O bildirib ki, gəmini yenidən tərpətmək üçün 10 qoşqu cəhd göstərib.

Məlumata görə, Süveyş kanalından keçmək üçün 276 gəmi növbə gözləyir.

Qeyri-rəsmi məlumatlara əsasən, torpağa ilişən gəmidə təxminən 10 milyon barel neft və neft məhsulları var. Bunun 160 milyon ABŞ dolları dəyərində olan 2,6 milyon barelinin Rusiyaya məxsus olduğu bildirilir.

Qeyd edək ki, “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çİndən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci km-liyində batıb. Xatrladaq ki, Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalı Avropa ilə Asiya arasında yerləşir. Onun uzunluğu 160 km, eni 250 m, dərinliyi isə 20 m-dir. Gündə kanaldan 50-yə yaxın gəmi keçir.

Teqlər