ABŞ və Fransa qırıcılarını Ukraynaya təklif edir
https://azeri.sahartv.ir/news/dünya-i375032-abŞ_və_fransa_qırıcılarını_ukraynaya_təklif_edir
Fransa Ukraynaya MiQ-29-ları əvəz etməsi üçün "Dassaul Rafale" təyyarələrini təklif edə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2021 06:23 Asia/Baku
  • ABŞ və Fransa qırıcılarını Ukraynaya təklif edir

Fransa Ukraynaya MiQ-29-ları əvəz etməsi üçün "Dassaul Rafale" təyyarələrini təklif edə bilər.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bu məlumatı “İntelligence Online” saytı yayıb.

Məlumata görə, 2021-ci ilin ilk yarısında Kiyevə gələcək Fransa Prezidenti Emmanuel Makronun səfərində əsas hədəflərdən biri məhz bu təyyarələrin Ukraynaya satışını təşkil etmək olacaq.

Sayt, həmçinin ABŞ-ın eyni niyyətdə olduğunu bildirib. Belə ki, yaxın zamanlarda Vaşinqtonun Ukrayna rəhbərliyinə F/A-18 qırıcılarını təklif edəcəyi vurğulanıb.

Qeyd edək ki, Ukrayna bundan öncə İsveçin "Gripen" və ABŞ-ın F-15 təyyarələrini, daha sonra isə gələcəkdə F-35-lərə keçid həyata keçirəcəyini açıqlamışdı.