Mart 29, 2021 14:38 Asia/Baku
  • Xətibzadə:

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İngiltərənin Bristol şəhərində insanların şiddətli repressiyasına toxunaraq, deyib: "İran ümid edir ki, İngiltərənin Bristol şəhərində etirazçıların polis tərəfindən şiddətə məruz qalmasına səbəb olan son hadisələr, İngilis rəsmiləri də daxil olmaqla insan haqları iddiaçılarının gözündən yayınmayacaq və ciddi şəkildə izləniləcəkdir".

SəhərAzəri xəbər verir ki,  hər zaman digər ölkələrdə polislərin etirazçılara qarşı davranışı ilə bağlı İngilis rəsmilərinin müdaxiləçi fikirlərinin şahidi olduqlarını bəyan edən Səid Xətibzadə qeyd edib ki, indi isə onların öz xalqlarının təməl hüquqlarına və dəhşətli polis zorakılığına nə qədər əhməiyyət verdiklərini göstərmələrinin növbəsidir.

Qeyd edək ki, İngiltərənin Bristol şəhəri bu günlər polisin səlahiyyətlərinin artırılmasını nəzərdə tutan qanun layihəsinə etiraz edən nümayişçilərin bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən kəskin repressiya edilməsinin şahidirdir.

Bu etirazlar ötən bazar günündən başlayıb. 

İngiltərənin baş naziri və daxili işlər naziri polisin səlahiyyətlərinin artırılmasına dair qanun layihəsinə qarşı etirazları utancverici dəyərləndirib və polis qüvvələrinə dəstəklərini bildiriblər. 

Etirazlar zamanı onlarla insan yaralanıb və ya saxlanılıb.

İngiltərənin İcmalar palatası bu yaxınlarda hökumətin irəli sürdüyü təhlükəsizlik qüvvələrinin etiraz aksiyaları ilə əlaqədar səlahiyyətlərinin artırılmasını nəzərdə tutan qanun layihəsinin lehinə səs verib.

 

Teqlər