Mart 30, 2021 16:48 Asia/Baku
  • Virus insanlara ‘heyvanlardan’ keçib

COVID-19 virusu insanlara, çox güman, yarasalardan birbaşa, yaxud başqa heyvan vasitəsilə keçib. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Çin ekspertləri ilə birgə araşdırması ortaya qoyub.

SəhərAzəri xəbər verir ki, martın 30-da açıqlanacaq hesabatı bəzi media orqanları görüb. Sənəddə pandemiyanın mənşəyi haqda qəti fikir yoxdur. Birləşmiş Ştatlar artıq Çinin sənədə mümkün müdaxiləsi və bilərəkdən təhrifiylə bağlı şübhəsini bildirib.

ÜST rəhbəri Tedros Adhanom Gebreyesus hesabat açıqlanmazdan öncə deyib ki, pandemiyanın mənşəyinə dair bütün fərziyyələr açıq qalır və əlavə araşdırmaya ehtiyac var.

Hesabatda qeyd olunur ki, COVID-19-a səbəb olmuş SARS-CoV-2 virusunun yarasalardan insanlara başqa heyvan vasitəsilə keçməsi çox ehtimal olunur.

Teqlər