Vaşinqtonda atışma zamanı beş nəfər ölüb və yaralanıb
Amerikanın Vaşinqton ştatında atışma nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
SəhərAzəri xəbər verir ki, Amerika polisi bildiribdir ki, həyatlarını itirənlərlə hücumçular arasında öncədən tanışlıq olub, amma təhqiqat hələ də öz ilkin mərhələrindədir.
Amerikalıların silahlı zorakılıqlar nəticəsində həyatlarını itirmələrinin davam etməsi elə bir halda baş verir ki, bu ölkədə silah daşımaq azadlığı üstündə fikir ayrılıqları davam edir.
Bir çox amerikalı silah daşınması və saxlanılması qanununun ləğv edilməsini istəyir. Amma Amerika siyasətçiləri arasında silah kartellərinin nüfuzu həmin ölkədə azad şəkildə silah daşınması və saxlanılması qanununun ləğv edilməsinə mane olubdur.
Amerika əsas qanununa ikinci əlavə, bu ölkədə silah daşınması və saxlanılması haqqını rəsmi şəkildə tanıyıbdır.