Bayden təyyarəyə minərkən yenə büdrədi
https://azeri.sahartv.ir/news/dünya-i375184-bayden_təyyarəyə_minərkən_yenə_büdrədi
ABŞ-ın prezidenti Co Bayden Pittsburqa getmək üçün prezident təyyarəsinə minərkən yıxılmaq təhlükəsi ilə üzləşib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2021 19:36 Asia/Baku

ABŞ-ın prezidenti Co Bayden Pittsburqa getmək üçün prezident təyyarəsinə minərkən yıxılmaq təhlükəsi ilə üzləşib.

SəhərAzəri xəbər verir ki  yağışlı hava səbəbi ilə təyyarəyə minərkən Baydenin bir əlində çətir, bir əlində çantasını daşıyaraq ayağının büdrəməsi kameralara əks olunub.

 78 yaşlı Bayden martın 19-da Corcianın Atlanta şəhərinə səfərindən əvvəl təyyarəyə minərkən üç dəfə büdrəyərək yıxılmışdı. Ağ Ev Baydenin həddən artıq küləkli havaya görə, büdrədiyini açıqlamışdı.

 ABŞ-ın prezidenti son həftələrdə vitse-prezident Kamalə Harrisə “prezident” deməsi də, sosial şəbəkədə gündəmdə idi.