Apr 02, 2021 05:18 Asia/Baku
  • Zaxarova : İqtisadi əməkdaşlıq, Lavrovun Tehrana səfərinin prioritetidir

Maria Zaxarova, Lavrovun İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin dəvəti ilə 13 apreldə Tehrana səfər edəcəyini söyləyərək, hər iki tərəfin Əhatəli Müştərək Təşəbbüs Proqramı da daxil olmaqla bəzi vacib və beynəlxalq məsələləri müzakirə edəcəklərini söyləyib.

SəhərAzəir xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: "Əlbəttə ki, görüş zamanı Suriya, Əfqanıstan, Yəmən, Fars körfəzi və bölgədəki vəziyyət müzakirə ediləcək".

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat katibi Səid Xətibzadə cümə axşamı, axşam deyib:b Səfər zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, regional məsələlər, xüsusilə Qafqaz, Suriya, Yəmən və Əfqanıstandakı son olaylar, İki ölkənin regional və beynəlxalq məsələlərdə əməkdaşlığı o cümlədən ƏMTP-ı, birtərəfli hərəkətlərə və ABŞ-ın qanunsuz sanksiyalarına qarşı tədbirlər iki ölkənin xarici işlər nazirləri arasında əsas müzakirə mövzularından biri olacaqdır.

 

Teqlər