Apr 03, 2021 16:00 Asia/Baku
  • İtaliyada turizmin sönmüş çırağı

Son bir il ərzində İtaliyada xarici turistlərin olmaması bu ölkənin turizm sənayesini dizə çökdürübdür.

SəhərAzəri xəbər verir ki, "Demoskopika» araşdırma müəssisəsinin dəyərləndirməsinə əsasən, 2020-ci ildə İtaliya 67 milyon xarici turist azalması ilə üzləşibdir ki, bu da bu ölkənin muzeyləri, hotelləri və tarixi məkanlarında turistlərin iştirakının 232 milyon nəfər azalmasından xəbər verir.

Bu məsələ, İtaliyada turizm sənayesi fəallarını son dərəcə nigaran edibdir.

m.m- Bu vəziyyət daha bu formada davam edə bilməz. Bu, dözülməzdir. Hotellər və turizm cazibələri bir ildən çoxdur ki, bağlıdır və koronadan irəli gələn iqtisadi problemlərin davam etməsi əlli min turizm xidməti şirkətini iflasa uğrama təhlükəsi qarşısında qoyubdur. Özünün əlli il bundan öncəki səviyyəsinə geri dönmüş İtaliyada turizm sənayesini xilas etmək üçün əsaslı tədbirlər görülməlidir.

Belə bir halda, İtaliya hotel sahibləri birliyi də bildiribdir ki, ötən milad ilində xarici və hətta daxili turistlərin olmaması, bu sektora otuz milyard avrodan çox ziyan vurubdur.

Ekspertlərin sözlərinə görə, İtaliyada turizmin bir daha rövnəq tapması və koronavirus pandemiyasından öncəki səviyyəyə geri dönməsi üçün mövcud karantin məhdudiyyətlərinin tam şəkildə aradan qaldırılmasına və azı üç il zamana ehtiyac vardır.

Teqlər