Yaponiyada donuzların taunu yayılıb
Apr 04, 2021 07:37 Asia/Baku
Yaponiyanın şərqindəki Qunma prefekturasında yerli fermaların birində donuzların taunu yayılıb.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bu barədə NHK telekanalı xəbər verib.
Epidemioloji tədbirlər çərçivəsində təxminən 10 min heyvanın məhv ediləcəyi qeyd olunur.
Bundan əlavə, səlahiyyətlilər bölgədəki infeksiyanın səbəbini müəyyənləşdirmək üçün araşdırma aparacaqlar.
Qunma ərazisində sonuncu dəfə donuzların taunu xəstəliyi 2020-ci ilin sentyabrında aşkar edilib. Bundan əlavə dekabr ayında Mie prefekturasında, yanvar ayında isə qonşu Vakayama prefekturasında infeksiyanın ocağı aşkar edilib.