Amerikanın insan hüquqları məruzəsi yalanlarla doludur
Rəsmi Dəməşq bildirib ki, Amerikanın insan hüquqları məruzəsi yalanlarla doludur.
SəhərAzəri xəbər verir ki, ABŞ dövlət departamentinin dünyada insan hüquqları barədəki illik məruzəsini bədnam adlandıran rəsmi Dəməşq onun terror təşkilatlarından qaynaqlanan yalan və iddialardan ibarət olduğunu bildirib.
Suriya xarici işlər nazirliyi yaydığı bəyanatda sonra bildirib ki, Amerika hökumətinin bu məruzədə insan haqlarının həmin ölkənin xarici siyasətində prioritet təşkil etməsinə dair iddiası riyakarlıq və ikiüzlülüyün kulminasiya nöqtəsidir. Zira onda Amerika hökumətlərinin qanun pozuntuları, o sıradan insan hüquqlarının ümumi şəkildə pozulması istiqamətində atdığı addımlar senzura edilib.
Suriya xarici işlər nazirliyi həmin bəyanatda vurğulayıb ki, ABŞ dövlət katibi öz nəhs məruzəsində terrorizm və onun maliyyə himayədarları tərəfindən Suriya xalqına verilən əzab-əziyyətlərə, eləcə də bu ölkənin sərvətinin Bİrləşmiş Ştatlar və ondan asılı ünsürlər tərəfindən aşkar şəkildə talan edilməsinə real şəkildə toxunmayıbdır.
Suriya xarici işlər nazirliyi həmçinin qeyd edibdir ki, Suriya hökuməti öz xalqının gələcəyi, izzəti və hüquqları barədə ən çox nigarançılığa malikdir və dünyanın bütün nöqtələrində insan haqlarının pozulması ilə aşıb-daşan keçmişə malik olan Amerikanın insan hüquqları barədə fikir bildirməyə haqqı yoxdur.
Amerikanın dövlət katibi Entoni Blinken son zamanlar dünyada insan hüquqları barədə dövlət departamentinə illik məruzəni təqdim edərkən bildirib ki, ölkəsi dünyanın hər hansı yerində insan haqlarını müdafiə etməyə sadiqdir.