Apr 06, 2021 10:49 Asia/Baku
  • ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki əməkdaşına qarşı sanksiyanı ləğv edib

ABŞ hələ ötən ilin sentyabrında sabiq prezident Donald Tramp administrasiyası tərəfindən sanksiyalara məruz qalan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki əməkdaşının adını qara siyahıdan çıxarıb.

SəhərAzəri xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.

Adı qara siyahıdan çıxarılan şəxslər BCM-in prokuroru Fatu Bensuda və təşkilatın məhkəmə araşdırması, tamamlama və əməkdaşlıq şöbəsinin müdiri Fakiso Moçoçokodur.

Onlar barəsində sanksiyaların ləğvi barədə qərarı aprelin 2-də ABŞ dövlət katibi Entoni Blinken elan edib.

 

Teqlər