ABŞ-da bir ailənin 6 üzvü evdə ölü tapılıb
https://azeri.sahartv.ir/news/dünya-i375391-abŞ_da_bir_ailənin_6_üzvü_evdə_ölü_tapılıb
ABŞ-ın Texas ştatının Allen şəhərində bir ailənin altı üzvü evdə ölü tapılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2021 08:53 Asia/Baku
  • ABŞ-da bir ailənin 6 üzvü evdə ölü tapılıb

ABŞ-ın Texas ştatının Allen şəhərində bir ailənin altı üzvü evdə ölü tapılıb.

SəhərAzəri xəbər verir ki, bu barədə “Fox News” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, onların hamısı güllə yarasından ölüb.

Polisdən bildirilib ki, ölənlər evli cütlük, onların üç yetkin övladı və nənədir. İlkin məlumata görə, qardaşlardan ikisi ailənin digər üzvlərini öldürüb, daha sonra isə intihar ediblər.

Polis qardaşlardan birinin hadisə ilə bağlı mesaj qoyduğunu bildirib, ancaq onun məzmunu açıqlanmayıb. “Fox News” öldürülənlərin Banqladeşdən olduğunu qeyd edib.