Vladimir Zelenski 6 səfiri geri çağırıb
Apr 07, 2021 09:03 Asia/Baku
Ukrayna Prezidenti Vladimir Zelenski 6 səfiri geri çağırıb.
SəhərAzəri xəbər verir ki, AZƏRTAC-ın Ukrayna Prezidenti Ofisinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə Zelenski Ukraynanın Niderland, Belçika, İraq, Tailand, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindəki səfirlərini geri çağırıb.
Bundan başqa Ukraynanın Avropa Birliyindəki nümayəndəsi də vəzifəsindən azad edilib.