Apr 07, 2021 15:01 Asia/Baku
  • “Beynəlxalq Amnistiya” KOVID-19 görə dünyada insan haqlarının pozulmasını bildirib

Beynəlxalq Amnistiya (Amnesty International) insan haqları təşkilatı KOVID-19 pandemiyası dövründə dünyada insan haqları vəziyyətinin pisləşdiyini açıqlayıb. Təşkilatın baş katibi Aqnes Kallamarın dediyi kimi, dünya xaos dövrünü yaşayır və sosial, iqtisadi, siyasi sistemlərdə böhranın yaranma faktı danılmazdır.

 SəhərAzəri-nin  "un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, Kallamar deyib: "KOVID-19 pandemiyası ölkələr içərisindəki və bərabərsizlikləri kəskin şəkildə göstərdi və artırdı. Liderlərin insani dəyərlərə açıq şəkildə məhəl qoymadığını nümayiş etdirdi". Təşkilatın qeyd edtdiyi kimi, pandemiya etnik azlıqlara, qaçqınlara, yaşlılara, qadınlara və digər cəmiyyətlərə xüsusilə təsir etmişdir.

 Mətndə deyilir ki, Avropa, Orta Asiya və bir sıra ölkələrdə səlahiyyətlilər, pandemiyadan sui-istifadə edərək səlahiyyətlərini genişləndirmək, azadlıqları boğmaq və insan haqlarına məhəl qoymamaq üçün istifadə edir. Böhranlı vəziyyətdə bu cür addımlar məqbul hesab edilsə də, insan haqları fəalları bu cür məhdudiyyətlərin müvəqqəti, zəruri hallara uyğun və nisbi olmalı olduğunu bildirir. İnsan haqları müdafiəçiləri, bir sıra ölkələrin mövcud və yeni hüquqi normalardan sui-istifadə edərək ifadə azadlığını məhdudlaşdırmağa çalışdığı qənaətinə gəlib.

 

Teqlər