Çin meydan oxudu: ABŞ-a imkan verməyəcəyik
https://azeri.sahartv.ir/news/dünya-i375550-Çin_meydan_oxudu_abŞ_a_imkan_verməyəcəyik
Çin hökuməti ABŞ-ın sanksiya tətbiq etdiyi superkompüter istehsalçılarının müdafiəsi üçün tədbirlər hazırlayır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2021 12:05 Asia/Baku
  • Çin meydan oxudu: ABŞ-a imkan verməyəcəyik

Çin hökuməti ABŞ-ın sanksiya tətbiq etdiyi superkompüter istehsalçılarının müdafiəsi üçün tədbirlər hazırlayır.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib. O, Çinin ABŞ-a qarşı adekvat addımlar atacağını bildirib.

“ABŞ beynəlxalq yüksək texnologiyalar bazarında öz monopoliyasını qorumaq və hegemoniyasını təmin etməyə çalışır”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ Çinin 7 texnologiya şirkətini qara siyahıya salıb. Vaşinqton bu şirkətlərin Çinin hərbi məqsədləri üçün superkompüter yaratdığını bildirib.