Apr 10, 2021 16:23 Asia/Baku
  • Fransa xəstəxanlarının dəhlizləri bərpa bölməsinə çevriliblər

Səhiyyə və müalicə ekspertlərinin sözlərinə görə, Fransada virus çirklənməsinin bitməməsinin başlıca səbəblərindən biri, çəkindirici qanunların yetərincə olmaması və sosial məsafələrin qoyulması da daxil olmaqla səhiyyə prinsiplərinə riayət edilməməsidir.

SəhərAzəri xəbər verir ki, Altı min nəfəri, reanimasiya və intensiv terapiya palatasında olan 31 min koronavirus xəstəsinin yatırılması Fransa xəstəxanalarının vəziyyətini daha da ağırlaşdırıbdır.

Kəskin virus xəstələri ilə aşıb-daşan xəstəxanaların yeni xəstələri qəbul etməkdən ötrü, əlavə çarpayıların yerləşdirilməsi üçün dəhlizlərdə dəyişiklik aparmaqdan savayı çarələri yoxdur.

Gözləmə stullarına da daha Fransa xəstəxanalarının koridorlarında yer yoxdur.

Parisin Sen-Sen-Deni xəstəxanasında baş tibb bacısı belə deyir:

m.z- Xəstəxananın koridorlarını reanimasiya və intensiv terapiya palatasına çevirməkdən başqa çarəmiz yoxdur. Əlbəttə ki, bunun qeyri-prinsipial hərəkət olduğunu bilirik.

Fransa vətəndaşlarının qulaqları bu günlər virus xəstələrini xəstəxanalara daşıyan təcili yardım maşınlarının həyəcan siqnalının səsləri ilə doludur.

Digər bir xəstəxananın məsul şəxslərinin sözlərinə görə, təcili yardım bölmələrinə daxil olan kəskin virus xəstələrinin sayını saymaq mümkün deyil. Bu cari kəskin duruma reaksiyada Fransanın Pastor institutu bir məlumatda bildiribdir ki, böhrandan çıxış üçün gənclər və hətta uşaqlar da daxil olmaqla xalqın doxsan faizini vaksinasiya etmək gərəkdir.

m.m- Əgər təkcə yuxarı yaşlılar vaksinasiya edilərlərsə, virus kiçik yaşlılar vasitəsilə öz prosesini davam etdirəcək. Və potensial təhlükə formasında virusu yayılacaqdır.

Fransanın Pastor institutunun məlumatında deyilir ki, koronavirusun ingilis ştammı Fransanın əksər bölgələrini öz əhatəsinə alıb.

Əgər bir nəfər bu ştamma yoluxarsa, o, eyni vaxtda daha dörd nəfəri yoluxdura bilər. Bütün bunlar elə bir şəraitdədir ki, Fransada ümumölkə karantin vəziyyətinin başlanmasından on, vaksinasiyanın başlanmasından isə yüz gün keçir.

Teqlər