Con Kerri Çinə gedir
https://azeri.sahartv.ir/news/dünya-i375721-con_kerri_Çinə_gedir
Vaşinqton ilə Pekin arasındakı gərginliyin olduğu bir vaxtda ABŞ-ın iqlim dəyişikliyi üzrə nümayəndəsi Con kerri gələn həftə Çinə səyahət etməyi planlaşdırır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2021 13:47 Asia/Baku
  • Con Kerri Çinə gedir

Vaşinqton ilə Pekin arasındakı gərginliyin olduğu bir vaxtda ABŞ-ın iqlim dəyişikliyi üzrə nümayəndəsi Con kerri gələn həftə Çinə səyahət etməyi planlaşdırır.

SəhərAzəri xəbər verir ki, Vaşinqton Post qəzetinin yazdığına görə, bu səfər, iki ölkə arasındakı təhlükəsizlik gərginliyinin artması fonunda Pekin ilə Vaşinqton arasında iqlim məsələlərində əməkdaşlıq üçün bir cəhddir.

Məlumata görə, ABŞ-ın sabiq dövlət katibi Çin rəsmiləri ilə görüşmək üçün Şanxaya gedir. Səfər, iki ölkənin yüksək səviyyəli diplomatları arasında Alyaskada gərgin görüşlərlə yadda qalan iki günlük görüşdən bir ay sonra baş verir.

Kerri Çinə səfər edən ilk yüksək səviyyəli Bayden rəhbərliyinin nümayəndəsidir.