ABŞ-ın Nebraska ştatında atışma olub, ölən var
https://azeri.sahartv.ir/news/dünya-i375956-abŞ_ın_nebraska_ştatında_atışma_olub_ölən_var
ABŞ-ın Nebraska ştatının Omaha şəhərində baş vermiş silahlı insident zamanı azı bir nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2021 05:58 Asia/Baku
  • ABŞ-ın Nebraska ştatında atışma olub, ölən var

ABŞ-ın Nebraska ştatının Omaha şəhərində baş vermiş silahlı insident zamanı azı bir nəfər ölüb.

SəhərAzəri xəbər verir ki, bu barədə yerli polis idarəsinin internet saytında məlumat yer alıb.

Hüquq-mühafizə orqanları tərəfindən yayılan məlumata görə, naməlum şəxs ticarət mərkəzlərindən birinin birinci mərtəbəsində atəş açıb. Güllə yarası alan iki nəfər xəstəxanaya aparılıb, ancaq onlardan biri ölüb.

İnsidenti törədən şübhəli cinayətkar hadisə yerindən qaçaraq gizlənib. Hazırda polis onu axtarır