Apr 19, 2021 13:33 Asia/Baku
  • ABŞ-da son bir ildə 150 silahlı insident qeydə alınıb

"Silahla Zorakılıq Arxivi" vebsaytının məlumatına görə, 2021-ci ilin əvvəlindən 108 günün keçməsinə baxmayaraq, indəyədək ABŞ-da 150 silahlı insident qeydə alınıb

SəhərAzəri xəbər verir ki, ABŞ-da baş verən silahlı insidentləri qeydə alan qeyri-kommersiya araşdırma qrupu olan "Silahla Zorakılıq Arxivi" portalı Tvitter-də yazıb: "Son günlərdə və həftələrdə istər vətəndaşların polis qüvvələri tərəfindən öldürülməsi olsun, istərsə də mülki vətəndaşlar tərəfindən ictimai yerlərdə törədilən odlu silahla zorakılıq halları olsun, silahlı insident dalğası ABŞ-ı bürüyübdür.

Məlumata əsasən, ABŞ-da yanvar ayında 34, fevral ayında 40, mart ayında 45 və aprel ayında 31 ölümcül atəş açma qeydə alınıb.

"Silahla Zorakılıq Arxivi"nin tərifinə əsasən, ölümcül atəş açma, hücumçudan başqa dörd və ya daha çox insanın öldüyü və ya yaralandığı bir hadisədir.

Təkcə bazar günü Viskonsin və Texasdakı iki atışmada altı nəfər həyatını itirib.

ABŞ prezidenti Co Bayden daha əvvəl hücum silahlarının daşınmasına qadağa qoyulmasının ciddi tərəfdarı olduğunu bildirib.

Bu istiqamətdə fevral ayının ortalarında Florida ştatındakı orta məktəbdə baş verən atışmanın ildönümü münasibətilə etdiyi çıxışda, Konqresi, "Sağlam düşüncə" əsasında silah gəzdirmə qanununa düzəliş etməyə çağırıb.

Bu elə bir haldadır ki, Bayden administrasiyası ölkədə odlu silahla zorakılıq hallarının artmasını tənqid etsə də, bu günə qədər onun daşınmasını məhdudlaşdırmaq üçün qətiyyətli bir addım atmayıb.

Teqlər