Apr 22, 2021 02:58 Asia/Baku
  • Çinin dövlət başçısı ABŞ prezidenti Baydenlə görüşəcək

Çinin dövlət başçısı Şi Cinpinq ABŞ-ın dünya idarəetmə quruluşu üzərindəki hegemonluğunu və hökmranlığını tənqid etdikdən sonra, amerikalı həmkarı Cozef Baydenlə görüşməyi planlaşdırır.

SəhərAzəri:Reuters-in məlumatına görə, Şinin ABŞ prezidenti olaraq Baydenlə ilk görüşü cümə axşamı (22 aprel) günü Vaşinqtonun dəvəti ilə çağırılacaq İqlim Dəyişikliyi Sammiti zamanı baş tutacaq.

 ABŞ-ın Paris İqlim Sazişinə qayıtmasından sonra, Bayden onlarla dünya liderini cümə axşamı və cümə günlərində iki günlük virtual sammitə dəvət edib.

 Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq bu gün (21 aprel) Şinin iclasda iştirak edəcəyinə dair verdiyi açıqlamasında, Çin dövlət başçısının mühüm çıxış etmək niyyətində olduğunu söyləyib

 Dünən (20 aprel) Çinin dövlət başçısı Şi Cinpinq Qərb ölkələrini digər ölkələrin inkişafına maneə törətdikləri üçün tənqid edərək, belə deyib: “Dünya hegemonluq və gücün hökmranlığını yox, ədalət istəyir”.

 Asiya Boao forumunun illik iclasında çıxış edərək, ABŞ da daxil olmaqla, Qərb güclərinin dünya idarəetmə quruluşu üzərindəki hegemonluğuna və hökmranlığına son qoymğa dəvət edib.

 Şi ABŞ və Avropa daxil olmaqla bəzi ölkələrin “maneələr yaratmaq” və parçalanmalar yaratmaq səylərini tənqid edərək, belə deyib: “Bu yanaşma nəinki heç kimə fayda gətirmir, əksinə digər ölkələrə də ziyan vurur.

 Dünya hegemonluq yox, ədalət istəyir. Böyük bir ölkə özündən daha çox məsuliyyət göstərərək (başqalarına hakim olmayan) böyük bir ölkəyə bənzəməlidir”. Deyerler.org

Teqlər