İndoneziya Prezidenti batan sualtı qayıqda 53 hərbçinin öldüyünü elan edib
https://azeri.sahartv.ir/news/dünya-i376305-İndoneziya_prezidenti_batan_sualtı_qayıqda_53_hərbçinin_öldüyünü_elan_edib
İndoneziya Prezidenti Joko Vidodo, göyərtəsində 53 hərbiçinin olduğu və son bir neçə gündə axtarışları davam edən Nanggala sualtı gəmisi ilə bağlı xalqa video müraciət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2021 04:15 Asia/Baku
  • İndoneziya Prezidenti batan sualtı qayıqda 53 hərbçinin öldüyünü elan edib

İndoneziya Prezidenti Joko Vidodo, göyərtəsində 53 hərbiçinin olduğu və son bir neçə gündə axtarışları davam edən Nanggala sualtı gəmisi ilə bağlı xalqa video müraciət edib.

SəhərAzəri Dəyərlər.org-a istinadən xəbər verir ki, İndoneziya Prezident bütün ekipin Bali dənizində öldüyünü elan edib:

"Şənbə günü Dəniz Qüvvələrinin komandanlığından sualtı qayığın batdığı barədə bir məlumat aldım. Bütün İndoneziya xalqı faciədən dərindən təəssüflənir".

Prezident qeyd edib ki, heyət üzvləri ölkənin suverenliyini qoruyan vətənpərvərlər idi. Bundan əlavə, dövlət başçısı sualtı qayığının axtarışı üçün xüsusi vəsaitin ayrılacağını da vəd edib.