Apr 26, 2021 08:50 Asia/Baku
  • Pekin: “ABŞ başqalarının işlərinə qarışmamalıdır”

Çinin xarici işlər naziri Vanq Yi bir Amerika düşüncə mərkəzində çıxış edərək, ABŞ-ı xarici siyasət məsələlərinə ideoloji yanaşmasından imtina etməyə və digər ölkələrin daxili işlərinə qarışmamağa çağırıb.

SəhərAzəri xəbər verir ki, Rasha Today-in verdiyi məlumata görə Vanq Yi Xarici Əlaqələr Şurasında (Council on Foreign Relations) bir video konfrans üzzərindən çıxış edərək belə danışıb: “Vaşinqtonun dünyanın digər bölgələrini mövqelərinə və baxışlarına görə xəritəyə salmaq cəhdi səhvdir”.

 Məlumata görə, Vanq Yi sözügedən çıxışında iki ölkə arasındakı mövcud gərgin münasibətləri yaxşılaşdırmaq üçün təkliflər verib.

Çin ilə dinc yanaşı yaşamağa çalışın və Çinin ABŞ-dan müstəqil bir yol və fərqli bir sistem seçdiyini qəbul edin.

Demokratiya, Koka-Kola və ABŞ istehsalı olan, bütün dünyada eyni dadı olan bir içki deyil. Dünyada yalnız bir model və bir sivilizasiya varsa, dünya yaşana bilməz”.

Qərbin Çinin “avtoritar” bir sistem və hökumət olaraq şərh etməsini rədd edən nazir, Çindəki demokratiyanın ABŞ-da fərqli bir demokratiya forması olduğunu vurğulayıb: “ABŞ demokratiya və insan haqlarını digər ölkələrin daxili işlərinə qarışmaq və ya qarşıdurmaya təhrik etmək üçün bəhanə kimi istifadə etməməlidir, çünki bu məsələlər fəlakət və ya iğtişaşa səbəb ola bilər.

Donald Trampın başçılıq etdiyi ABŞ adminstrasiyası beynəlxalq sistemi pozdu və Vaşinqtonun qlobal öhdəliklərindən və məsuliyyətlərindən çıxdı.

Çin ABŞ-ın Bayden rəhbərliyi altında çoxtərəfliliyə qayıtmasından məmnundur.

Pekin və Vaşinqtonun bir sıra iqtisadi, siyasi və hərbi məsələlərdə çox fərqli fikirləri var. Tramp administrasiyasında iki ölkə arasındakı münasibətlər çox soyuq və qaranlıq oldu və bu fikir ayrılıqları hələ də davam edir”.

 

Teqlər