Çin Qərbin sərt sanksiyalarına görə Rusiyaya dəstəyini artıracaq
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Çin rəhbərliyinin Qərbin Moskvaya qarşı sanksiyaları sərtləşdirməsinə görə, Rusiyaya dəstəyi artırmağı planlaşdırdığını bildirib.
SəhərAzəri: Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Vanq jurnalistlərə verdiyi açıqlamasında bunları deyib: “Birtərəfli sanksiyaların tətbiq olunmasının qəti əleyhinəyik. Çin və Rusiya aralarında geniş tərəfdaşlıq münasibətləri mövcuddur. Çin Xalq Respublikası və Rusiya dövlət suverenliyinin qorunması mövzularında bir-birlərinə dəstək olacaqlar. ABŞ-ın birtərəfli sanksiyaları hegemonluğun təzahürü olub, geniş etirazlara səbəb olur”.
Çinli diplomatın bildirdiyinə görə, Çin hökuməti ABŞ və Rusiyanın konstruktiv siyasi dialoq qura biləcəyini və fikir ayrılıqlarını bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında həll edə biləcəyinə ümid edir.
ABŞ-ın 15 apreldə Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab olaraq, Moskva 10 ABŞ diplomatının deportasiya ediləcəyini, ABŞ diplomatik nümayəndəliklərində fəaliyyətlərin azaldılacağını və ABŞ-ın Rusiyadakı səfiri Con Sallivanı məsləhətləşmək üçün evinə qayıtmasını tövsiyə etmişdi. ABŞ səfiri keçən həftənin cümə axşamı günü Moskvanı tərk etdi.
Digər tərəfdən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov gərginlik davam edərsə, Rusiyanın ABŞ-a qarşı yeni tədbirlər görəcəyini bildirdi.