Qırğızıstan-Tacikistan sərhədində atışma: 20 ölü, 150 yaralı
Aprelin 28-də Qırğızıstan-Tacikistan sərhədində suya nəzarət üstündə tərəflər arasında yenidən qarşıdurma yaranıb.
SəhərAzəri xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, münaqişə Qırğızıstanın Batken rayonunun Kok-Taş kəndinin ərazisinə Tacikistan tərəfinin suya nəzarət etmək üçün videokameralar quraşdırmasından sonra başlanıb. Tacikistan tərəfi qırğız kəndinin əhalisini daşa tutub, ov tüfənglərindən istifadə edib.
Qırğızıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, Tacikistan sərhədçiləri ilə Qırğızıstan vətəndaşları arasında yaranmış qarşıdurmada ölənlərin sayı 20 nəfərə çatıb, hər iki tərəfdən 150 nəfər xəsarət alıb
Qırğızıstan münaqişə bölgəsindən 13.5 min nəfər vətəndaşını evakuasiya edib.
Ötən gecə Qırğızstanla Tacikistan arasında qarşıdurmanın tənzimlənməsi üçün bəyannamə və protokol imzalanıb.