Su müharibəsinin acı nəticələri
Tacikistanla qarşıdurma nəticəsində yaralanan qırğızların sayı artır
Tacikistanla sərhəddəki qarşıdurmada yaralanan Qırğızıstan vətəndaşlarının sayı 178-ə yüksəlib.
SəhərAzəri-nin məlumatına əsasən, bunu bu gün Respublikanın səhiyyə nazirliyindən bildiriblər.
Məlumata görə, Tacikistanla sərhəddəki qarşıdurmada yaralanan Qırğızıstan vətəndaşlarının sayı 178-ə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl 173 yaralı haqqında məlumat verilmişdi.
Rəsmi məlumatda qarşıdurma zamanı 34 nəfər öldürüldüyü də vurğulanıb.
Aprelin 29-da Qırğızıstan və Tacikistan arasındakı sərhəddə münaqişə qızışıb. İki ölkənin hərbçiləri arasında əsl hərbi əməliyyatlar yaşanıb. Tərəflər atəşkəs haqda razılaşma əldə edə biliblər. Münaqişə suya görə baş verib – bu, sərhəddə vaxtaşırı olaraq münaqişəyə səbəb olan kəskin problemdir.
Suya çıxış iki ölkə sərhədində suvarma mövsümündə kəskin problemə çevrilir və dəfələrlə münaqişəyə səbəb olur. Tacikistan və Qırğızıstan arasındakı sərhədin uzunluğu 900 kilometrdən çoxdur və bunun yarısına yaxını demarkasiya edilməyib.