May 04, 2021 11:11 Asia/Baku
  • Patruşev: “Soros yeni plan hazırlayır”

Rusiya Təhlükəsizlik Xidmətinin rəhbəri Sorosun yeni plan üzrəində işlədiyini bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Nikolay Patruşev Soros Fondunun xarici ölkələrdəki “məxməri inqilab”larda əlinin olduğunu söyləyib.

Rusiya dövlət rəsmisinin sözlərinə görə, yəhudi milyarder Corc Sorosun öz fondu və layihələrini məhdudlaşdırmaq planı yoxdur. Əksinə, bunlara sistemli xarakter qazandırmağa çalışırb.

O, Soros və vəkillərinin hökumətlərin “narahatedici” elan ediləcəyi kriteriyalar hazırladığını vurğulayıb. Patruşev, eyni zamanda, iddia edib ki, Qərb bir sıra suveren ölkələrə qarşı sanksiyalar tətbiq etməyə, onlara qarşı hərbi əməliyyatlara hazırlaşır. O, bunun çox yaxında baş verəcəyini deyib.

Xatırladaq ki, Moskva 2015-ci ildə milli təhlükəsizliyə və Rusiyanın konstutision düzəninə təhdid yaratdığı ittihamı ilə “xaos imperatoru” və “inqilab dəllalı” adıyla tanınan yəhudi əsilli amerikalı milyarder Corc Sorosun maliyyələşdirdiyi Açıq Cəmiyyət Fondlarının fəaliyyətini qadağan etmişdir.

 

 

Teqlər