Mərkəzi Asiyada yeni gərginlik ocağı yaranıb
BMT baş katibi Qırğızıstan və Tacikistana müraciət edib
BMT baş katibi gərginliyə son qoymaq üçün Qırğızıstan və Tacikistana müraciət edib
SəhərAzəri-nin məlumatına əsasən, Antonio Quterreş Qırğızıstanı və Tacikistanı barışığa riayət etməyə çağırıb.
Bu barədə ümumdünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib.
Diplomatın sözlərin görə, baş katib iki ölkə liderlərinin əlaqələrini və mayın 1-də atəşin dayandırılması haqqında nail olunmuş razılaşmanı alqışlayır. O, hər iki tərəfi barışığa riayət edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıb.
"Baş katib həmçinin BMT-nin ehtiyac olduğu halda dəstək göstərməyə hazırlığını təsdiqləyir", -deyə BMT rəsmisi əlavə edib.
Quterreş toqquşmanın gedişatında həlak olanların yaxınlarına başsağlığı verib və xəsarət alanların qısa zamanda sağalmasını arzulayıb.
Aprelin 29-da Qırğızıstan və Tacikistan arasındakı sərhəddə münaqişə qızışıb. İki ölkənin hərbçiləri arasında əsl hərbi əməliyyatlar yaşanıb. Tərəflər atəşkəs haqda razılaşma əldə edə biliblər. Münaqişə suya görə baş verib – bu, sərhəddə vaxtaşırı olaraq münaqişəyə səbəb olan kəskin problemdir.
Suya çıxış iki ölkə sərhədində suvarma mövsümündə kəskin problemə çevrilir və dəfələrlə münaqişəyə səbəb olur. Tacikistan və Qırğızıstan arasındakı sərhədin uzunluğu 900 kilometrdən çoxdur və bunun yarısına yaxını demarkasiya edilməyib.