Lukaşenko onlarla Belarus hərbçisinin hərbi rütbəsini ləğv edib
May 05, 2021 18:49 Asia/Baku
Belarus prezidenti bir fərman imzalayaraq, etiraz aksiyaları zamanı hərbi statusuna zidd hərəkətlər səbəbindən bu ölkənin 80-dən çox hərbçisi və təhlükəsizlik qüvvəsinin hərbi rütbəsini ləğv edib.
SəhərAzəri xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, hərbi rütbələri ləğv olan hərbçilər, internetdə qanuna zidd hərəkətləri təşviq edən şüarlar yayıblar.
Lukaşenko əlavə edib: Bunların bəzisi, həmçinin qanunsuz toplantılar təşkil edərək, dövlət rəsmilərini hədələyiblər.
Belarusda avqust ayında keçirilən və Lukaşenkonun səslərin 80 faizini qazanaraq, qalib gəldiyi prezident seçkilərindən sonra etirazlar aksiyaları başlayıb.
Lukaşenko, Belarusdakı iğtişaşlarda ABŞ və bəzi Avropa hökumətlərini günahlandırır.