Amerika Suriya barədə milli fövqəladə durumu uzadıb
Bayden hökuməti Suriya barədə milli fövqəladə durum barədəki fərmanı daha bir il müddətinə uzadıb.
SəhərAzəri -nin məlumatına əsasən, ABŞ prezidenti Co Bayden həmçinin iddia edib ki, Birləşmiş Ştatlar Suriya hökumətinin gələcək addımları əsasında mövcud siyasəti yenidən nəzərdən keçirəcək.
Amerika hökuməti 13338 saylı sərəncama əsasən və bu milli fövqəladə vəziyyətlə mübarizə üçün xas şəxslərin maliyyələrinin dondurulmasına icazə verib və Suriyaya xas ticarət mallarının ixracını qadağan edibdir.
Suriya barədə milli fövqəladə durum barədə fərman ilk dəfə 2004-cü ilin mayında Amerikanın ozamankı prezidenti Corc Buş tərəfindən imzalanıb və o zamandan bəri hər il uzadılıbdır.
Bu fərman Amerika prezidentinə Suriyanın əmlak və maliyyələrini həbs etmək ixtiyarı verir.
Amerika indiyədək Suriyaya aid olan aktivlərdən milyonlarla dolları qanunsuz şəkildə saxlayıb və dəfələrlə terrorçulara dəstək istiqamətində bu ölkəni sanksiya edibdir.
Suriyada böhran 2011-ci ildə Ərəbistan, ABŞ və müttəfiqləri tərəfindən dəstəklənən terror qruplaşmalarının regionda vəziyyəti sionist rejimin xeyrinə dəyişmək məqsədilə Suriyaya qarşı genişmiqyaslı hərbi müdaxiləsi ilə başlayıb.
Suriya regionda ABŞ-sionist-səudiyyə mehvərinin fitnələri və hərəkətləri ilə mübarizədə əsas rol oynayır.
ABŞ SURİYA HAQDA MİLLİ FÖVQƏLADƏ DURUMU UZADIB