May 23, 2021 19:20 Asia/Baku
  • İtaliyada anti-sionist aksiya keçirilib PKG

Digər ölkələrin xalqları ilə yanaşı, italiyalılar da Fələstinə dəstək istiqamətində bu ölkənin dövlət radio və televiziya təşkilatı binasının qarşısına toplaşıblar. «Fələstin azad edilməlidir!» şüarı verən aksiyaçılar bildiriblər ki, İtaliya mediaları digər Qərb mediaları kimi Fələstin gerçəkliklərini insanların nəzərinə çatdırmırlar.

 SəhərAzəri-nin məlumatına əsasən,«İtaliya dövlət radio və televiziyası, ar olsun, ar olsun!» şüarı verən aksiyaçılar bu medianın sionist rejimin Qəzzə zolağındakı cinayətləri haqda senzuradan keçirilən məlumatlarına etiraz ediblər.

Bir qrup İtaliya vətəndaşı bu ölkənin dövlət radio və televiziya təşkilatı binasının qarşısına toplaşaraq, İtaliya dövlət televiziyası xüsusiyyyət təşkil etməklə bu ölkənin kütləvi informasiya vasitələrində anti-Fələstin təsvirin yaradılmasının davam etməsinə öz hiddətini bildirib.

İtaliya televiziyasının təhrif olunmuş xəbərlərinin əksinə olaraq, İsrail rejiminin hücumu təkcə Həmas-a qarşı deyil, həm də bütün Fələstin xalqına qarşı olubdur.

İtaliya xalqından minlərlə nəfərin son bir neçə gündə bu ölkənin müxtəlif şəhərlərində Fələstinə dəstək və sionist rejimin Qəzzəyə qarşı hücumlarının pislənilməsi istiqamətində aksiya keçirdiyi bir halda, İtaliya dövlət televiziyası bunu işıqlandırmayıbdır.

Teqlər