Üzr istəmək üçün Vatikan yerli kanadalıların təzyiqi altındadır
https://azeri.sahartv.ir/news/dünya-i377521-Üzr_istəmək_üçün_vatikan_yerli_kanadalıların_təzyiqi_altındadır
Katolik kilsəsinin idarəçiliyi altında olan Kanadadakı internat-məktəblərdən birində uşaqların kütləvi qəbirlərinin aşkar edilməsinin ardınca bu dini orqanın üzr istəməsi tələbləri yüksəlibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2021 14:04 Asia/Baku
  • Üzr istəmək üçün Vatikan yerli kanadalıların təzyiqi altındadır

Katolik kilsəsinin idarəçiliyi altında olan Kanadadakı internat-məktəblərdən birində uşaqların kütləvi qəbirlərinin aşkar edilməsinin ardınca bu dini orqanın üzr istəməsi tələbləri yüksəlibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Kanadada yerli qruplardan birinə məxsus olan uşaqların qalıqlarının aşkar edilməsi, 19 və 20-ci əsrlərdə Kanadanın siyasətlərindəki roluna görə, bir daha Romadakı katolik kilsəsinin üzr istəməsi tələbinin yüksəlməsinə səbəb olub. Zira bu kilsə yerli uşaqların bu kimi dini məktəblərdə iştirak üçün öz ailələrindən ayrılmalarına bais olurdu.

Kanadanın baş naziri Castin Trüdo da cümə günü bir tvitt-də yazıbdır ki; bu kəşf ölkəmizin qaranlıq və biabırçı dövrünün ağrılı xatırlamasıdır.