İyun 03, 2021 17:16 Asia/Baku
  • ABŞ-ın Delaver ştatında silahlı toqquşma baş verib

ABŞ-ın Delaver ştatının Uilminqton şəhərində baş verən silahlı toqquşmada azı üç amerikan zabit yaralanıb.

SəhərAzəri-nin məlumatına əsasən,sözü gedən üç amerikalı zabit Uilminqton şəhərində cinayətin baş verməsinə dair məlumat əldə etdikdən sonra hadisə yerinə gedib və bu hadisədə, bir binada gizlənmiş silahlı şəxs tərəfindən hədəfə alınıbdır.

Polis zabitləri xəstəxanaya köçürülüblər.

İndiyədək bu barədə artıq məlumat verilməyib.

Uilminqton Co Baydenin on yaşından yaşadığı bir şəhərdir. O, prezidentlik fəaliyyətinin başlanması üçün Ağ Ev-ə gəlməzdən öncə məhz bu şəhərdə yaşayırdı.

Baydenin hakimiyyəti başlanandan bəri Amerikada ölümcül atışmalar və küçə zorakılıqlarının sayı artıbdır.

Belə bir halda, «Nyu-York Tayms» qəzeti son zamanlar bir reportajda Amerikada təhlükəsizlik vəziyyətinin ağırlaşması ilə nəticələnən, artmaqda olan silah alqısı böhranına nəzər salaraq, yazıb: Bütün Amerikada şəhərlər qətl və qırğın səhnələrinin artmasının şahididir, lakin bu ölkədə odlu silah satışı dövriyyəsi artmaqda davam edir. Belə ki, təkcə 2020-ci ilin mart ayında odlu silah alqısı üzrə keçmişə nəzarət üzrə xahiş bir həftədə bir milyon ərizəyə çatıbdır.

Teqlər