Şimali İrlandiya sionist rejim səfirlərinin qovulmasını istəyib
Dünya ictimaiyyətinin işğalçı sionist rejimin fələstinlilərə qarşı son cinayətlərinə olan reaksiyalarının davamında Şimali İrlandiyanın mərkəzi olan Belfastın şəhər şurası sionist rejim səfirlərinin İngiltərə krallığından qovulmalarını istəyib.
SəhərAzəri-nin məlumatına əsasən,Belfast şəhər şurası həmçinin bir layihə əldə edibdir ki, onda yerli rəsmilər İngiltərə və İrlandiya Respublikası dövlətlərindən sionist rejim səfirlərinin dərhal ixrac edlmələrini istəyiblər.
Layihədə Şimali İrlandiya xalqının Fələstin xalqına dəstəyinə təkid olunub.
Sionist rejimin fələstinlilərə qarşı son vəhşicəsinə hücum və cinayətləri ümumi fikir arasında bir çox reaksiyalara, həmçinin dünya səviyyəsində bu cinayətlərə qarşı geniş aksiyalara səbəb olub.
Müxtəlif ölkələrin xalqları işğalçı sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinin dayandırılmasını tələb ediblər.
İşğalçı sionist hərbçilər mayın onundan Qəzzə zolağıına və fələstinlilərə qarşı vəhşicəsinə təcavüz və hücumlara başladılar.
Bu hücumlar nəticəsində 248 fələstinli, o sırdan 69 uşaq, 39 qadın və 17 yaşlı şəxs şəhid oldu, 1910 nəfər də yaralandı.
Sionist rejimin nazirlər kabineti müqavimətin raket əməliyyatlarının dayandırılmasında on bir gün aciz qaldıqdan sonra üç saatlıq bir iclasda böyük əksəriyyətlə atəşkəslə razılaşdı.