Qırğızıstan-Tacikistan sərhədində toqquşma
https://azeri.sahartv.ir/news/dünya-i377687-qırğızıstan_tacikistan_sərhədində_toqquşma
Tacikistan qüvvələri Qırğızıstan ərazisinə daxil olduqdan sonra bir daha iki ölkə sərhədindəki vəziyyət gərginləşibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2021 11:08 Asia/Baku
  • Qırğızıstan-Tacikistan sərhədində toqquşma

Tacikistan qüvvələri Qırğızıstan ərazisinə daxil olduqdan sonra bir daha iki ölkə sərhədindəki vəziyyət gərginləşibdir.

Qırğızıstan bir bəyanatda bildiribdir ki, Tacikistan qüvvələri sərhədin təyin edilməsi və gərginliyin azaldılması barədə iki ölkə arasında öncə əldə olunmuş bütün razılaşmaları pozublar.

Qırğızıstanın bəyanatında deyilir ki, cümə günü Tacikistan qüvvələri bölgədə bir konteyner yerləşdiriblər və bu ölkənin hərbi qüvvələri də yüngül nəqliyyat vasitələri ilə sərhəd yaxınlığında yerləşiblər.

Tacikistan ilə Qırğızıstan arasındakı sərhəd münaqişəsi cari il aprelin 29-da 36 qırğızın ölümünə və təqribən iki yüz Qırğızıstan vətəndaşının yaralanmasına, eləcə də Tacikistan tərəfdən on doqquz nəfərin ölməsi, səksən yeddi nəfərin isə yaralanması ilə nəticələnibdir.