İyun 06, 2021 11:53 Asia/Baku
  • Kim Çen In ictimaiyyət qarşısına çıxıb

Şimali Koreya prezidenti son bir ayda görünmədiyi üçün Qərb mediaları onun ağır xəstəliyə mübtəla olması və ya hətta hakimiyyətdən uzaqlaşdırılması kimi şayiələr yaymışdılar.

Şimali Koreyanın ən iri və ən mühüm tətillərində iştirak etməyən Kim Çen In nəhayət ictimaiyyət qarşısına çıxıb. O, bu ölkədə hakim partiyanın siyasi bürosunun ilk iclasında iştirak edib.

İclasda «Müxtəlif sahələrdə dövlətçiliyin mühüm vəzifələrinin icrası»nı dəyərləndirən «In», Şimali Koreya xalqının məişət və iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində dövlətin fəaliyyətinin önəmini vurğulayıb.

Cənubi Koreyanın Yunhap rəsmi informasiya agentliyi bu iclasdan öncə bir reportajda bildirmişdi ki, Kim Çen In sonuncu dəfə cari il mayın altısında, Şimali Koreyanın silahlı qüvvələri və onların ailələri ilə foto-şəkil çəkdirərkən görünübdür.

Bu informasiya agentliyinin iddiasına görə, bu bir aylıq görünməzlik Kim Çen In-ın 2021-ci ildə ən uzunmüddətli görünməzliyi olubdur.

Teqlər