Tramp Baydenə Putinlə görüşdə yuxuya getməməyi diləyib
https://azeri.sahartv.ir/news/dünya-i377910-tramp_baydenə_putinlə_görüşdə_yuxuya_getməməyi_diləyib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp, xələfi Co Baydenə Rusiya lideri Vladimir Putinlə görüşdə yuxuya getməməyi arzulayıb və ona ən xoş arzularını çatdırmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2021 08:54 Asia/Baku
  • Tramp Baydenə Putinlə görüşdə yuxuya getməməyi diləyib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, xələfi Co Baydenə Rusiya lideri Vladimir Putinlə görüşdə yuxuya getməməyi arzulayıb və ona ən xoş arzularını çatdırmasını istəyib.

SəhərAzəri RİA Novosti-yə istinadən xəbər verir ki, Tramp deyib: "Prezident Putinlə danışıqlarda Baydenə uğurlar. Görüşdə yuxuya getmə, zəhmət olmasa Putinə ən xoş arzularımı çatdır".

Seçki kampaniyası dövründə ABŞ-ın keçmiş prezidenti rəqibini dəfələrlə "yuxulu Co" adlandırıb.

Putin və Bayden arasındakı görüş 16 iyun tarixində Cenevrədə baş tutacaq.