İyun 14, 2021 12:54 Asia/Baku
  • Çin:

Çinin İngiltərədəki səfirliyi 7-lər qrupu adlandırılan inkişaf etmiş ölkələrin sammitinin yekun bəyanatını tənqid edərək, onların Çinin daxili işlərinə qarışmalarının dayandırılmasını istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərənin cənub-qərbində yerləşən Kornuol bölgəsində keçirilən dünyanın yeddi sənaye ölkəsi başçılarının üçgünlük zirvəsi dünən bir bəyanat yayaraq başa çatıb. Qeyd olunan bəyanatda Çinin/ Sintszyan, Honq-Konq və Tayvanda yeritdiyi siyasətlər kəskin tərzdə tənqid olunub.

Bundan öncə 7-lər qrupunu istehlak müddəti bitmiş bir qrup adlandırmış Çinin İngiltərədəki səfirliyi bu gün bu bəyanatı kəskin tərzdə pisləyərək, bu ölkələrin Çinin daxili işlərinə qarışmalarının dayandırılmasını istəyib.

Çinin İngiltərədəki səfirliyinin nümayəndəsi həmçinin 7-lər qrupunun koronavirusn mənşəyinə işarə etməsini də tənqid edib. Bildirib ki, bu məsələ barədə istənilən təhqiqat, ailmlərdən ibarət beynəlxalq bir qrup tərəfindən həyata keçirilməli və məsələyə siyasi don geydirilməməlidir.

ABŞ xüsusiyyət təşkil etməklə Qərb ölkələri iddia ediblər ki, koronavirusun mənşəyi Çinin Uhan şəhərindəki bir laboratoriya olub və Pekin bu epidemik xəstəliyi gizlədibdir. Lakin Çin rəsmiləri dəfələrlə bu iddiaları əsassız adlandırıblar.

Son zamanlar bir Amerika mediası koronanın mənşəyi barədəki media qalmaqallarının davamında iddia etmişdi ki, Amerika hökumətinin tabeliyində olan bir laboratoriya öz məlumatında bu nəticəyə çatıbdır ki, koronavirusun Çinin Uhan şəhərindəki bir laboratoriyadan sızması fərziyyəsi bir ehtimaldır və bu haqda artıq təhqiqata ehtiyac var.

Çin öncədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhqiq olunmuş koronanın mənşəyi barədəki yeni şəkk-şübhələrin irəli sürülməsini Vaşinqtonun Pekinə təzyiq göstərmək üzrə səylərinin bir hissəsi hesab edir.

 

Teqlər