İyun 14, 2021 13:00 Asia/Baku
  • Ohayoda atışma;üç nəfər öldürülüb

Amerikanın Ohayo ştatının Klivlend şəhərində baş verən bir atışmada azı üç nəfər ölüb, dörd nəfər isə yaralanıbdır.

SəhərAzəri-nin məlumatına əsasən,Klivlend polisinin sözçüsü Cenifer Siyaçia bildirib ki, bu şəhərin polis məmurları yerli vaxtla şənbə gününün səhər saatlarında atışma hadisəsinin baş verməsi haqda bir telefon zəngi alıb və hadisə yerinin səkisində bir, benzindoldurma məntəqəsinin yaxınlığında isə iki yaralı kişini tapıblar.

Siyaçianın sözlərinə görə, benzindoldurma məntəqəsinin yaxınlığında yaralanmış iki şəxs, elə hadisə məkanında həyatını itirib. Başqa bir şəxs hadisə yerinin yaxınlığındakı xəstəxanaya köçürüldükdən sonra vəfat edibdir.

Polis məmurları həmçinin atışmanın baş verdiyi məkanda 30 və 43 yaşlar arasında olan üç qadın və bir kişini tapıblar. Onlar bilək, baş və ayaq nahiyələrindən güllə zərbəsi nəticəsində yaralanıblar. Dörd nəfərin hamısı hadisə yerinin yaxınlığındakı xəstəxanaya köçürülüb.

Şənbə və bazar günləri Klivlend şəhərində baş verən bir neçə atışma hadisəsində ümumilikdə beş nəfər həyatını itirib.

Amerika ilə digər dünya ölkələri arasında silahla zorakılıq statistikalarının müqayisəsi, ABŞ-ı tamamilə müstəsna ölkə kimi göstərir. Belə ki, bu ölkədə zorakı atışmaların baş verməsi göstəricisi dünyanın hər bir digər ölkəsindən çoxdur.

Amerika dünya əhalisinin təqribən beş faizini təşkil etdiyi bir halda, silahla kütləvi qırğınlar törədən kəslərin 31 faizinə yaxını məhz bu ölkədə yaşayır.

Amerikada baş vermiş ən yeni atışma hadisələrindən birində şənbə günü Texas ştatının Astin şəhərində baş verən bir kor-koranə atışma hadisəsində azı on dörd nəfər güllə yarası alıb. Polis bu hadisə ilə bağlı bir şübhəli şəxsi həbs edibdir.

Teqlər