İyun 16, 2021 10:57 Asia/Baku
  • İrana qarşı sanksiyaların ləğv edilməsinin vacibliyi vurğulanıb

ABŞ Prezidenti ilə görüşün sonunda Avropa Birliyi liderləri birgə bəyanat yayaraq, nüvə anlaşmasının canlandırılması ilə bağlı Vyana danışıqlarına toxunaraq, sanksiyaların ləğvinin İranın nüvə anlaşmasının həyati bir hissəsi olduğunu bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, bəyanatda belə deyilir:

"Biz ABŞ-ın Əhatəli Müştərək Təşəbbüs Proqramına qayıtmasını asanlaşdırmaq üçün davam edən diplomatik səyləri və Vyana danışıqlarını, habelə bu razılaşmanın İran və ABŞ tərəfindən tam və təsirli şəkildə həyata keçirilməsini dəstəkləyirik.

Bəyanatda əlavə olunub: "Avropa Birliyi və ABŞ, İranın nüvə anlaşması üzərindəki öhdəliklərinə qayıtması ilə yanaşı sanksiyaların ləğvinin bu anlaşmasının vacib bir hissəsi olduğunu başa düşürlər".

Sözü gedən bəyanatda ABŞ-ın nüvə anlaşmasından birtərəfli şəkildə çıxmasına işarə edilmədən, İranın nüvə anlaşması ilə bağlı öhdəliklərini azaltmaq istiqamətindəki cavab tədbirlərindən narahatlıq ifadə olununb və deyilir: "İranın nüvə amlaşmasına zidd hərəkətləri bizi narahat edir". 

Bu elə bir haldadır ki, ABŞ-ın əvvəlki rəhbərliyi, 2018-ci il mayın 8-də Vaşinqtonun nüvə anlaşması üzərindəki öhdəliklərini pozaraq, birtərəfli şəkildə bu beynəlxalq razılaşmadan çıxdığını və nüvə sanksiyalarını bərpa etdiyini açıqlayıb. 

Bayden administrasiyasının rəsmiləri ABŞ-ın maksimum təzyiq siyasətinin uğursuz olduğunu dəfələrlə açıq şəkildə etiraf ediblər, lakin bu günə qədər anlaşmaya qayıtmaq üçün lazımi addımları atmaqdan imtina edirlər.

Teqlər