Fransada toqquşma; 7 nəfər yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i378215-fransada_toqquşma_7_nəfər_yaralanıb
Fransa polis qüvvələrinin bu ölkənin Redon şəhərində qanunsuz aksiya keçirənlərlə toqquşması nəticəsində azı yeddi nəfər yaralanıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 20, 2021 08:07 Asia/Baku
  • Fransada toqquşma; 7 nəfər yaralanıb

Fransa polis qüvvələrinin bu ölkənin Redon şəhərində qanunsuz aksiya keçirənlərlə toqquşması nəticəsində azı yeddi nəfər yaralanıb.

Polis hücumu nəticəsində həyatını itirmiş 2019-cu ildə Nant şəhərindəki bir gecə qonaqlığında öldürülən şəxslərdən birinin ildönümü mərasimini keçirmək məqsədilə Fransanın Redon şəhərinə toplaşan aksiyaçılardan min nəfərə yaxını polisin reaksiyası ilə üzləşib.

Etirazçılar polis qüvvələrinə tərəf alovlanan maddələr tullayaraq, toqquşmanın şiddətlənməsinə bais olublar. Polis qüvvələri də onlara qarşı gözyaşardıcı qaz işlədibdir.

Bu toqquşmada etirazçılardan azı yeddi nəfər yaralanıb.