Ankara Afina ilə ixtilafların həllini vurğulayıb
Türkiyə xarici işlər naziri Ankaranın Afina ilə ixtilafların/ danışıqlar yolu ilə həllinə meylli olduğunu vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Mövlud Çavuşoğlu Antaliya diplomatiya iclasından sonra keçirilən mətbuat konfransında həmçinin Yunanıstandan öz təhrikedici hərəkətlərinə son qoymasını istəyib.
Özünün Afinaya, yunan həmkarı Nikos Dendiasın isə Türkiyəyə səfərinə toxunan Çavuşoğlu qeyd edib ki, Ankara Şərqi Aralıqda və Egey dənizindəki gərginliyə son qoymaq məqsədilə Afina ilə dialoqa başlayıbdır.
Türkiyənin xarici işlər naziri bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın Brüsseldə Yunanıstanın baş naziri ilə görüşünü müsbət dəyərləndirib.
Türkiyənin Qara dəniz və Şərqi Aralıq dənizi sahillərində Ankara ilə Afina arasındakı mübahisəli ərazilərdə enerji mənbələrinin kəşfiyyatı üzrə əməliyyatları iki ölkə arasında münasibətləri pozubdur.