İyun 22, 2021 14:24 Asia/Baku
  • Uşaqlara qarşı zorakılıq artıb
    Uşaqlara qarşı zorakılıq artıb

BMT bir hesabatda bildirib ki, 2020-ci ildə müharibə keçirən ölkələrdə uşaqlara qarşı zorakılıq halları son dərəcə artıb.

SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin baş katibi Antonio Quterreş tərəfindən təsdiq olunmuş bu təşkilatın yeni hesabatında deyilir ki, 2020-ci ildə müharibə bölgələrində uşaqların oğurlanması ondan öncəki illərə nisbətən 90, uşaqlara qarşı cinsi əzab-əziyyət isə 70 faiz artıbdır.

BMT-nin uşaqlar və müharibə məsələləri üzrə xüsusi nümayəndəsi Virciniya Qamba deyib ki, təkcə 2020-ci ildə dünyanın müxtəlif nöqtələrində savaş milyonlarla uşağın ölümünə bais olubdur.

Bu məlumatda sonra deyilir ki, korona kimi xəstəliklərin epidemiyası uşaqların adam oğurluğu, təcavüz və cinsi əzab-əziyyət qarşısındakı kövrəkliyini son dərəcə artırıbdır.

Bu hesabata görə, Əfqanıstan, Suriya, Yəmən və Somali 2020-ci ildə uşaqlar üçün ən təhlükəli ölkələr olublar.

İnsan hüquqları qrupları son zamanlar sionist rejimi və səud koalisiyasının başçılarını terrorçu qruplar siyahısına salmadığına görə, BMT-nin baş katibini tənqid ediblər.

«Human Rights Watch» təşkilatında uşaqların hüquqlarını himayə üzrə şöbə müdiri Co Beker bununla bağlı deyib ki, dünyadakı cinayətkarlar Quterreşin təsdiqi ilə dünyada uşaqlar və yeniyetmələrə qarşı qırğınlar törədirlər. BMT-nin baş katibi, müharibələr zamanı onun sükutu fonunda aradan götürülən minlyonlarla uşağın qırğın və əlil edilməsində məsuliyyət daşıyır.

«Human Rights Watch» təşkilatı həmçinin BMT-nin terrorçu qruplarla rəftardakı ikili münasibətini, həmçinin Yəmən savaşında səud koalisiyası və müttəfiqlərinin, o sıradan əmirliklər və ABŞ-ın adını hərbi canilər siyahısına salmamasını kəskin tərzdə tənqid edibdir.

 

Teqlər