Bu ölkədə delta ştammına yoluxma halları artıb
https://azeri.sahartv.ir/news/dünya-i378541-bu_ölkədə_delta_ştammına_yoluxma_halları_artıb
Avstraliya rəsmiləri bildiriblər ki, koronavirus pandemiyasının güclənməsinə görə, çərşənbə axşamı günü gecə yarısından Brisben şəhəri üç gün müddətinə karantinə salınacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2021 09:53 Asia/Baku
  • Bu ölkədə delta ştammına yoluxma halları artıb

Avstraliya rəsmiləri bildiriblər ki, koronavirus pandemiyasının güclənməsinə görə, çərşənbə axşamı günü gecə yarısından Brisben şəhəri üç gün müddətinə karantinə salınacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Kvinslend əyalətinin baş naziri Anastasiya Paloşi deyib ki, iri şəhərlər karantinə salınacaqlar, zira virus xaricdən ölkəyə daxil olur.

Avstraliyanın şərqində yerləşən Brisben şəhəri bu ölkənin karantin tətbiq ediləcək dördüncü iri şəhəridir.

Son günlər Avstraliyanın Sidney, Darvin və Pert şəhərlərinin sakinləri bir neçə günlük karantinlərə salınıblar.

Brisben şəhərinin və Kvinslend əyalətinin bəzi bölgələrinin karantinə salınmaları ilə on milyona yaxın avstraliyalı karantin atlında olacaq.

Avstraliya son həftələrdə Hindistanda aşkar edilmiş koronavirusun mutasiya etmiş delta ştammına yoluxma halları ilə üzləşibdir.