ABŞ-ın büdcə çatışmazlığı üç trilyon dollara çatacaq
ABŞ konqresinin büdcə ofisi proqnoz edib ki, bu ölkənin cari ildəki büdcə çatışmazlığı üç trilyon dollara çatacaq və bu rəqəm qarşıdakı on ildə orta hesabla ildə bir trilyon dollar artacaq.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ konqresinin büdcə ofisinin proqnozuna əsasən, bu ölkənin cari 2021-ci ildəki büdcə çatışmazlığı ondan öncəki illə müqayisədə 130 milyard dollar azalıb, amma bu rəqəm 2019-cu ildəkindən üçqat çoxdur.
Bu məlumata görə, ABŞ konqresinin 2021-ci ildəki büdcə çatışmazlığı üç trilyon dollara çatacaq ki, bu da Amerikanın ümumi daxili istehsalının təqribən on üç faizini təşkil edir.
ABŞ konqresinin büdcə ofisi öz proqnozunda bildiribdir ki, 2020 və 2021-ci illərdə koronavirus pandemiyasından irəli gələn iqtisadi problemlər və bu böhrana reaksiyada qəbul olunmuş qanun büdcə çatışmazlığına təsir göstərməkdə davam edir.