ABŞ hökuməti Florida ştatında çökmüş binanın dağıntıları altındakı qurbanları çıxarmaqdan aciz qalıb
https://azeri.sahartv.ir/news/dünya-i378766-abŞ_hökuməti_florida_ştatında_çökmüş_binanın_dağıntıları_altındakı_qurbanları_çıxarmaqdan_aciz_qalıb
ABŞ hökuməti Florida ştatında çökmüş binanın dağıntıları altındakı qurbanları çıxarmaqdan aciz qalıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 05, 2021 17:37 Asia/Baku
  • ABŞ hökuməti Florida ştatında çökmüş binanın dağıntıları altındakı qurbanları çıxarmaqdan aciz qalıb

ABŞ hökuməti Florida ştatında çökmüş binanın dağıntıları altındakı qurbanları çıxarmaqdan aciz qalıb.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın Florida ştatının Mayami şəhərində 12 mərtəbəli binanın çökməsindən 11 günün keçməsinə baxmayaraq, binanın 150 sakinindən təkcə 24-nün cəsədləri dağıntılar altından çıxarılıb.

Binada, 12 mərtəbədə 55 mənzil var idi. 40 illik tarixi olan Çamplin qüllələrinin cənubi binasının çökmə səbəbləri hələ bəlli olmasa da, bu ilin aprel ayında binanın vəziyyətinin pisləşməsi barədə xəbərdarlıq məktubu var.

Qeyd edək ki, ABŞ-ın Florida ştatında çökən 12 mərtəbəli bina, fırtına qorxusundan tamamilə dağıdılıb.