ABŞ-da silahlı zorakılıqlar artıb
https://azeri.sahartv.ir/news/dünya-i378881-abŞ_da_silahlı_zorakılıqlar_artıb
CNN telekanalı xəbər verib ki, ABŞ-da silahlı zorakılıqlar misli görünməmiş tərzdə artıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2021 09:17 Asia/Baku
  • ABŞ-da silahlı zorakılıqlar artıb

CNN telekanalı xəbər verib ki, ABŞ-da silahlı zorakılıqlar misli görünməmiş tərzdə artıb.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika şəhərlərində qətl və qırğının artması ilə paralel surətdə bu ölkədə silah satışı dövriyyəsi də artmaqdadır.

Dünya səviyyəsində silahların 46 faizinin Amerika vətəndaşlarının mülkiyyətində olduğunu bildirən CNN qeyd edib ki, hər yüz Amerika vətəndaşına 120 ədəd silah düşür.

Amerikada silah daşımağın azad olması hər gün bu ölkə boyu atışma ilə bağlı zorakılıqların baş verməsilə nəticələnir ki, onların bir çoxu ölümcüldür, amma Amerikada silah lobbisi o qədər güclüdür ki, indiyədək bu ölkə konqresi silah daşınmasını məhdudlaşdırmaq üçün tədbirlər görməyə hazır olmayıbdır.

Amerikanın dünya əhalisinin təqribən beş faizini təşkil etməsinə rəğmən, silahla kütləvi qırğınlar törədən şəxslərin otuz bir faizinə özündə yer veribdir.