Amerika nüvə anlaşmasının bərpası üzrə fürsətin bitməsindən nigarandır
Bir amerikan vebsayt iddia edib ki, Vaşinqtonun nüvə anlaşmasına qayıdış danışıqlarındakı müzakirə komandası bu anlaşmanın bərpası üzrə fürsətin bitməkdə olmasından nigarandır.
SəhərAzəri-nin məlumatına əsasən,Amerikanın Vyanada keçirilən nüvə anlaşmasının bərpası üzrə müzakirələr yolundakı sabotajlarına və Tehranın bütün sanksiyaların aradan qaldırılması vacibliyinə dair şərtini qəbul etməməsinə rəğmən, məhz Vaşinqton nüvə anlaşmasına qayıdış üzrə fürsətin bitməsindən nigaran olubdur!
«Blumberq» vebsaytı xəbər veribdir ki, Amerikanın demokrat hökumətinin nöqteyi-nəzərincə, nöqsanlara malik olmasına rəğmən, nüvə anlaşması hələ də güclüdür və hazırkı dövrdə bu anlaşmaya qayıdış, NPT cəhətdən faydalara malik ola bilər.
Nüvə anlaşmasının bərpası üzrə Vyana müzakirələrinin altıncı raundu iyunun 12-də bu anlaşma üzrə birgə komissiyanın iclasının keçirilməsilə başlandı və elə həmin gün Seyid Abbas Əraqçi bildirdi ki, İran İslam Respublikası öz əsas tələblərinə çatmadan qətiyyən razılığa gəlməyəcək.
Biz İranla nüvə anlaşması barədə danışıqların yeddinci raundunun keçirilməsini gözləyirik- deyə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays cümə axşamı günü səhər saatlarında bildirdi.
Bununla belə, Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi deyib ki, hələ nüvə anlaşması barədə Vyana müzakirələrinin yeddinci raundunun keçirilməsinin dəqiq tarixi müəyyən edilməyibdir.